Saturday, 18.05.2024, 14:48
Welcome Незнакомец | RSS

Blog:)

Main » 2011 » February » 5 » FREE HUGS Flashmob
10:21
FREE HUGS Flashmob
Time Sunday, February 13 · 2:00pm - 4:00pm


Location Baku, Azerbaijan

Created By FLASHMOB Azerbaijan|OFFICIAL, Ayuk Utopik, Flashmob Azerbaijan


More Info 2011-ci ilin ilk fleşmobu!
Bütün dünyada 21 yanvar tarixində ən qeyri-adi bayramlardan biri qeyd olunurdu: Free Hugs (Qucaqlaşma günü).
Bu soyuq qış günlərində... İLK DƏFƏ Azərbaycanda FLASHMOB Azerbaijan [OFFICIAL] qrupu "FREE HUGS Flashmob”u elan edir!

Tarixcə:
...Bir gün Xuan həyatının çətin dövrünü yaşayarkən Sidney hava limanına düşür. Havalimanında onu qarşılayan heç kimi olmur. O isə qısqanclıqla qucaqlaşan dostlara və qohumlara baxır. Daha sonra isə flamaster götürür və kağızın hər iki tərəfinə "free hugs (sərbəst qucaqlaşma)” yazır və küçəyə çıxır. İlk 15 dəqiqə ərzində o sadəcə ona gələn baxışları tutur, daha sonra isə onun yanına bir qadın yaxınlaşır və deyir ki, onun bu gün iti ölüb və qızı da keçən il bu vaxt qəzada həlak olub, onun artıq heç kimi yoxdur və kiminsə onu qucaqlamağına ehtiyacı var. Həmin an Xuan onu qucaqlayır, qucaqlayandan sonra qadının üzündə təbəssüm yaranır.
Məsələn, video: http://www.youtube.com/watch?v=vr3x_RRJdd4
http://www.youtube.com/watch?v=4L24x5DaDog
http://www.freehugscampaign.org/

Bu qış, 13 fevralda biz isti qucaqlaşma atmosferi yaradırıq! Onlar ömrü uzadır, sevgi və qayğını göstərir. Və yadda saxlayın! Əsl qucaqlaşma - iki insanın emosional və ruhi əlaqəsidir.

SSENARİ:
1. Bazar günü, 13 fevralda şəhərin müəyyən yerində agentlər (5 nəfər) əllərində "FREE HUGS / SƏRBƏST QUCAQLAŞMA" yazısı olan kağızda peyda olurlar.
2. Siz (moberlər) adi insan kimi görünürsünüz, alış-veriş edə bilərsiniz, otura, söhbət edə bilərsiniz və s. Əlində kağızı olan agenti görən kimi yavaş-yavaş yaxınlaşırsınız və əgər agent HAZIRDIRSA, onu qucaqlayırsınız.
3. Onu qucaqladıqdan sonra siz yolunuza davam edirsiniz, ya da işinizlə məşğul olmağa davam edirsiniz. Unutmayın! Siz özünüzü təsadüfən yoldan keçən biri kimi göstərməlisiniz.

QUCAQLAŞMA QAYDALARI:
1. Yalnız HAZIR olan və sizinlə qucaqlaşmaq istəyən adamları qucaqlaya bilərsiniz.
2. Əgər qarşınızdakı qucağını sizə açırsa, deməli o hazırdır
3. Əgər o qollarını bağlayıb, üzünü çevirirsə, ya da nəyləsə gizlənirsə, deməli o hazır deyil.
4. Tanımadığınız birini qucaqlamaq üçün ona yaxınlaşıb, "bu gün qucaqlaşma günüdür, icazə verin sizə qucaqlaşmamı hədiyyə edim” deyin.
5. Qucaqlaşmalar yüngül və yumşaq olmalıdır, xüsusilə də əsk cinslə (!) qucaqlaşırsınızsa.
6. Qucaqlaşma ilk növbədə ruhi-emosional əlaqədir.

İZAHLAR:
Fleşmobdan əvvəl, 13 fevral saat 14:00-da yarım saatlıq görüş (brifinq) olacaq, orada fleşmobun yeri, vaxtı və bird aha bütün izahları deyiləcək.
Brifinqin yeri və vaxtı 12 fevral 12:00-dan gec olmayaraq hamıya göndəriləcək.
1. Qışqırmaq, çoxluq şəklində yığışmaq, fleşmobu və ssenarini müzakirə etmək və agentlərin üstünə çoxluq şəklində düşmək qadağandır!
2. Bir neçə agenti qucaqlamaq olar, əlində kağız olmayan insanları da qucaqlaya bilərsiniz, əgər onlar da size qucaqlamağa hazırdırlarsa və buna ehtiyacları varsa.
Yalnız və yaşlı insanlara diqqət yetirmək məsləhətdir.
3. Gizliliyə riayət edin, özünüzlə pinqvinlər gətirməyin! Əgər sizinlə kimsə gəlibsə, ondan mob yerindən təqridən 200 metr uzaqda durmasını xahiş edin.
4. Kamera gördükdə hərəkətlərinizdə heç bir dəyişiklik etməyin, kameraya GÜLÜMSƏMƏYİN!
Kameraya düşməyə çalışan və gülümsəyənlər mütləq final videosunda kəsiləcəkdir!

Qaydalara riayət etməyən moberlərə xəbərdarlıq edilə və ya qrupda birbaşa ban ala bilərlər!

MƏKAN VƏ VAXT:
Brifinqdə həmin gün elan olunacaq.
Saatlarınızı beynəlxalq vaxta uyğun qurun:
http://time.is/Baku

İştirak üçün oxumaq VACİBDİR:
Fleşmoberin kodeksi
http://www.facebook.com/topic.php?uid=116246315053769&topic=201
Fleşmob qaydaları
http://www.facebook.com/topic.php?uid=116246315053769&topic=36
http://www.facebook.com/topic.php?uid=116246315053769&topic=37

Tərcüməçi: Ayuk Utopik
Kopirayterlər: Sai Sadikhov, Emil Musayev
Dizayn: Amil Osmanli



Views: 437 | Added by: Aphrodite | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Меню сайта
Форма входа
Поиск
Календарь
«  February 2011  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728
музыка
Статистика

Total online: 1
Guests: 1
Users: 0
Мини-чат